Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 4:2-14 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 4:2-14 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın.
3 Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda
4 Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun.
5 Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
6 Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar.
7 Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən.
8 Onu üstün tutsan, səni ucaldar, Əgər ona bağlansan, səni şərəfə çatdırar.
9 O sənin başının gözəl çələngi olar, Başına şərəf tacı qoyar».
10 Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan.
11 Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm.
12 Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz.
13 Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır.
14 Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə.
Süleymanin Məsəlləri 4 in Azərbaycan dilində Müqəddəs Kitab