Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 4:10-22 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 4:10-22 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan.
11 Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm.
12 Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz.
13 Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır.
14 Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə.
15 Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç.
16 Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar.
17 Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər.
18 Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
19 Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.
20 Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as.
21 Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru.
22 Çünki onları tapanlar Həyat və cansağlığı tapar.
Süleymanin Məsəlləri 4 in Azərbaycan dilində Müqəddəs Kitab