Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 31:17-29 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 31:17-29 in Azərbaycan dilində Müqəddəs Kitab

17 Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır.
18 Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır.
19 Əlləri ilə cəhrə əyirir, İyini bərkidir.
20 Məzlumlar üçün əliaçıqdır, Fəqirlərə əl tutur.
21 Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib.
22 Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır.
23 Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur.
24 Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır.
25 Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür.
26 Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır.
27 Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir.
28 Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir:
29 «Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur».
Süleymanin Məsəlləri 31 in Azərbaycan dilində Müqəddəs Kitab