Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 30:5-17 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 30:5-17 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Allahın hər bir kəlamı safdır, Ona pənah gətirənlərin sipəri Odur.
6 Onun sözünə heç nəyi əlavə etmə, Yoxsa səni tənbeh edər, yalanını çıxarar.
7 Ey Allah, Səndən iki şey istəyirəm, Nə qədər ömrüm var, məndən onları əsirgəmə:
8 Saxta, yalan sözlər qoy məndən uzaq olsun; Məni nə yoxsul, nə də zəngin et, Ancaq mənə gündəlik çörəyimi ver.
9 Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm.
10 Qul barədə ağasına pis sözlər demə, Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.
11 Adam var ki, atasına qarğış edir, Anasına alqış etmir.
12 Adam var ki, özünü təmiz sanır, Amma murdarlıqdan təmizlənməyib.
13 Adam var ki, yuxarıdan aşağı baxar, Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar.
14 Adam var ki, dişləri qılınca bənzər, Elə bil çənəsinə bıçaqlar düzüb, Yer üzündən məzlumları udar, İnsanların içindən fəqirləri məhv edər.
15 Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz:
16 Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov.
17 Kim ki atasına rişxənd edir, Anasının sözünə xor baxır, Dərələrdəki qarğalar onun gözlərini deşəcək, Qartal balaları onun bəbəklərini yeyəcək.
Süleymanin Məsəlləri 30 in Azərbaycan dilində Müqəddəs Kitab