Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 30:27-32 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 30:27-32 in Azərbaycan dilində Müqəddəs Kitab

27 Çəyirtkələrin şahı yoxdur, Lakin hamısı dəstə-dəstə irəliləyir;
28 Kərtənkələni əllə tutmaq olur, Amma o, padşah saraylarına çıxır.
29 Üç məxluq var ki, yerişi gözəldir, Dörd məxluq var ki, gedişi gözəldir:
30 Heyvanların ən güclüsü, Heç nəyin qarşısından geri dönməyən şir,
31 Döyüşkən xoruz, təkə, Qoşun qabağına çıxan padşah.
32 Əgər özünü ucaltmaqla sarsaqlıq etmisənsə, Fikrində pis niyyətin varsa, əlinlə ağzını tut.
Süleymanin Məsəlləri 30 in Azərbaycan dilində Müqəddəs Kitab