Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 30:18-27 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 30:18-27 in Azərbaycan dilində Müqəddəs Kitab

18 Mənim ağlım kəsməyən üç şey var, Anlamadığım dörd şey var:
19 Səmada qartalın yolu, Qayada ilanın yolu, Dənizdə gəminin yolu, Kişi ilə gənc qadının yolu.
20 Zinakar qadının da yolu belədir: Yeyər, ağzını silər, «Nə pis iş görmüşəm ki?» deyər.
21 Yer üç şeydən lərzəyə gəlir, Dörd şey var ki, ona tab gətirmir:
22 Qulun padşah olması, Sarsağın doyunca çörək tapması,
23 Nifrətəlayiq qadının ərə getməsi, Qarabaşın öz xanımının yerinə keçməsi.
24 Yer üzündə dörd şey var, Kiçik olsa da, hikməti çoxdur:
25 Qarışqalar qüvvətli olmayan birlikdir, Yemini yayda tədarük edir;
26 Qayadovşanları da güclü olmayan birlikdir, Evlərini qaya içində tikir;
27 Çəyirtkələrin şahı yoxdur, Lakin hamısı dəstə-dəstə irəliləyir;
Süleymanin Məsəlləri 30 in Azərbaycan dilində Müqəddəs Kitab