Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 30:14-20 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 30:14-20 in Azərbaycan dilində Müqəddəs Kitab

14 Adam var ki, dişləri qılınca bənzər, Elə bil çənəsinə bıçaqlar düzüb, Yer üzündən məzlumları udar, İnsanların içindən fəqirləri məhv edər.
15 Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz:
16 Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov.
17 Kim ki atasına rişxənd edir, Anasının sözünə xor baxır, Dərələrdəki qarğalar onun gözlərini deşəcək, Qartal balaları onun bəbəklərini yeyəcək.
18 Mənim ağlım kəsməyən üç şey var, Anlamadığım dörd şey var:
19 Səmada qartalın yolu, Qayada ilanın yolu, Dənizdə gəminin yolu, Kişi ilə gənc qadının yolu.
20 Zinakar qadının da yolu belədir: Yeyər, ağzını silər, «Nə pis iş görmüşəm ki?» deyər.
Süleymanin Məsəlləri 30 in Azərbaycan dilində Müqəddəs Kitab