Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 30:1-12 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 30:1-12 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Yaqe oğlu Aqurun sözləri, onun kəlamı. Bu adam Yetielə, Yetiel və Ukala belə dedi:
2 Həqiqətən, mən hamıdan ağılsızam, İnsan idrakına malik deyiləm.
3 Nə hikmət öyrənmişəm, Nə də Müqəddəsin biliyindən xəbərim var.
4 Kim göylərə qalxıb endi? Kim yeli ovcunda topladı? Kim suları paltarına sarıdı? Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı? Adı nədir? Oğlunun adı nədir? Bilirsənmi?
5 Allahın hər bir kəlamı safdır, Ona pənah gətirənlərin sipəri Odur.
6 Onun sözünə heç nəyi əlavə etmə, Yoxsa səni tənbeh edər, yalanını çıxarar.
7 Ey Allah, Səndən iki şey istəyirəm, Nə qədər ömrüm var, məndən onları əsirgəmə:
8 Saxta, yalan sözlər qoy məndən uzaq olsun; Məni nə yoxsul, nə də zəngin et, Ancaq mənə gündəlik çörəyimi ver.
9 Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm.
10 Qul barədə ağasına pis sözlər demə, Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.
11 Adam var ki, atasına qarğış edir, Anasına alqış etmir.
12 Adam var ki, özünü təmiz sanır, Amma murdarlıqdan təmizlənməyib.
Süleymanin Məsəlləri 30 in Azərbaycan dilində Müqəddəs Kitab