Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 2:9-16 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 2:9-16 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10 Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.
11 İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
12 Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.
13 Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar.
14 Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar.
15 Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir.
16 Hikmət səni yad arvaddan, Şirin dilli əxlaqsız qadından qurtarar.
Süleymanin Məsəlləri 2 in Azərbaycan dilində Müqəddəs Kitab