Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 2:4-15 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 2:4-15 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
5 Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
6 Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
7 O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
8 O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
9 Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10 Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.
11 İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
12 Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.
13 Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar.
14 Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar.
15 Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir.
Süleymanin Məsəlləri 2 in Azərbaycan dilində Müqəddəs Kitab