Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 2:1-5 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 2:1-5 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Oğlum, əgər sözlərimi qəbul etsən, Əmrlərimi qorusan,
2 Qulağını hikmətə tərəf çevirsən, Ürəyini dərrakəyə tərəf meyl etdirsən,
3 Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən,
4 Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
5 Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
Süleymanin Məsəlləri 2 in Azərbaycan dilində Müqəddəs Kitab