Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 29:8-17 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 29:8-17 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
9 Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.
10 Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.
11 Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
12 Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
13 Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
14 Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
15 Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
16 Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
17 Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
Süleymanin Məsəlləri 29 in Azərbaycan dilində Müqəddəs Kitab