Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 29:5-14 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 29:5-14 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.
6 Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir.
7 Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir.
8 Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
9 Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.
10 Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.
11 Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
12 Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
13 Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
14 Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
Süleymanin Məsəlləri 29 in Azərbaycan dilində Müqəddəs Kitab