Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 28:9-20 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 28:9-20 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.
10 Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar.
11 Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar.
12 Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər.
13 Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.
14 Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.
15 Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.
16 Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar.
17 Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin.
18 Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar.
19 Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər.
20 Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır.
Süleymanin Məsəlləri 28 in Azərbaycan dilində Müqəddəs Kitab