Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 28:7-14 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 28:7-14 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.
8 Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar.
9 Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.
10 Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar.
11 Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar.
12 Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər.
13 Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.
14 Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.
Süleymanin Məsəlləri 28 in Azərbaycan dilində Müqəddəs Kitab