Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 28:2-15 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 28:2-15 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Ölkədə üsyan olanda rəhbərlər artar, Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar.
3 Bir yoxsul kişi kasıbları incidərsə, Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər.
4 Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar.
5 Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir.
6 Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır.
7 Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.
8 Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar.
9 Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.
10 Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar.
11 Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar.
12 Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər.
13 Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.
14 Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.
15 Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.
Süleymanin Məsəlləri 28 in Azərbaycan dilində Müqəddəs Kitab