16 Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar.
17 Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin.
18 Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar.
19 Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər.
20 Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır.
21 Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər.