Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 27:2-11 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 27:2-11 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Qoy səni özün yox, başqaları tərifləsin, Sənə tərifi öz dilin yox, yad söyləsin.
3 Daşın, qumun çəkisi ağırdır, Səfehin əsib-coşması bunların ikisindən də ağırdır.
4 Hiddət amansızdır, qəzəbsə aşıb-daşar, Paxıllıq daha betərdir, ona necə dözmək olar?
5 Aşkar irad gizli məhəbbətdən üstündür.
6 Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər.
7 Toxun könlü şanı balını belə, rədd edər, Lakin ac olana acı şeylər belə, şirin gələr.
8 Yurdundan ayrı düşən insan Bir quş kimi yuvasından ayrı düşür.
9 Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi Dostun nəsihəti də insana xoş gələr.
10 Həm öz dostunu, həm də atanın dostunu tərk etmə, Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
11 Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, Onda məni utandırana cavab verə bilərəm.
Süleymanin Məsəlləri 27 in Azərbaycan dilində Müqəddəs Kitab