Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 27:12-19 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 27:12-19 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
13 Özgəyə zamin duranın libasını al, Onu qərib qadın üçün girov saxla.
14 Kim ki qonşusunu sübh erkən ucadan salamlar, O zaman salamı söyüş sayılar.
15 Davakar qadın yağışda daman damcıya oxşar.
16 Onu yel kimi dayandırmaq olmaz, Zeytun yağı kimi ovucda saxlamaq olmaz.
17 Dəmir dəmiri itilər, İnsan insanın ağlını iti edər.
18 Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər.
19 Sifətin əksi suyun üzünə düşdüyü kimi İnsanın ürəyi də onu elə göstərər.
Süleymanin Məsəlləri 27 in Azərbaycan dilində Müqəddəs Kitab