Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 26:13-27 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 26:13-27 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Tənbəl deyər: «Yolda aslan var, Şir küçələri dolanır».
14 Qapı öz oxu üstündə necə fırlanırsa, Tənbəl də yatağında elə fırlanır.
15 Tənbəl əlini qabda olana batırar, Ağzına aparmağa ərinər.
16 Tənbəl öz gözündə Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.
17 Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur.
18 Odlu, öldürücü oxlar atan dəli necədirsə,
19 Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.
20 Odun qurtaranda ocaq sönər, Qeybətçi olmayan yerdə dava bitər.
21 Necə ki kömür köz salar, odun alışar, Davakar adam da münaqişəni bu cür alovlandırar.
22 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
23 Hərarətli dili, şər dolu ürəyi olan insan Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır.
24 Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar.
25 Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub.
26 Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar.
27 Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr.
Süleymanin Məsəlləri 26 in Azərbaycan dilində Müqəddəs Kitab