Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 25:8-15 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 25:8-15 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən?
9 Münaqişəni qonşunla özün həll et, Özgənin sirrini açma.
10 Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar.
11 Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər.
12 Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir.
13 Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir.
14 Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir.
15 Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar.
Süleymanin Məsəlləri 25 in Azərbaycan dilində Müqəddəs Kitab