Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 25:2-17 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 25:2-17 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Allahın işlərinin müəmması Onu şərəfləndirər, Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.
3 Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz.
4 Tullantını gümüşdən ayırsan, Zərgərə əl işi qalar.
5 Əgər şər adam padşahın yanından ayrılarsa, Taxtı salehliklə möhkəmlənər.
6 Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma.
7 Çünki «buyur yuxarı» dəvətini almaq Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.
8 Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən?
9 Münaqişəni qonşunla özün həll et, Özgənin sirrini açma.
10 Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar.
11 Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər.
12 Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir.
13 Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir.
14 Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir.
15 Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar.
16 Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan.
17 Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər.
Süleymanin Məsəlləri 25 in Azərbaycan dilində Müqəddəs Kitab