Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 25:13-24 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 25:13-24 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir.
14 Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir.
15 Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar.
16 Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan.
17 Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər.
18 Kim ki qonşusuna qarşı yalandan şahidlik edir, Toppuza, qılınca, iti oxa bənzəyir.
19 Dar gündə namərdə bel bağlamaq Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.
20 Qəlbi qubarlıya nəğmə söyləmək Soyuq havada lüt qoyulmağa, Soda üstə sirkə tökülməyə bənzəyir.
21 Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver.
22 Belə etməklə sanki onun başına köz tökərsən, Bunun əvəzini Rəbdən alarsan.
23 Şimal küləyi yağış gətirir, Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.
24 Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
Süleymanin Məsəlləri 25 in Azərbaycan dilində Müqəddəs Kitab