Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 25:10-28 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 25:10-28 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar.
11 Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər.
12 Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir.
13 Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir.
14 Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir.
15 Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar.
16 Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan.
17 Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər.
18 Kim ki qonşusuna qarşı yalandan şahidlik edir, Toppuza, qılınca, iti oxa bənzəyir.
19 Dar gündə namərdə bel bağlamaq Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.
20 Qəlbi qubarlıya nəğmə söyləmək Soyuq havada lüt qoyulmağa, Soda üstə sirkə tökülməyə bənzəyir.
21 Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver.
22 Belə etməklə sanki onun başına köz tökərsən, Bunun əvəzini Rəbdən alarsan.
23 Şimal küləyi yağış gətirir, Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.
24 Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
25 Susuzluqdan yanana sərin su necədirsə, Uzaq diyardan gələn xoş xəbər də elədir.
26 Əgər saleh insan pis adama təslim olarsa, Bulanan bulağa, murdarlanan quyuya bənzəyir.
27 Qədərindən çox bal yemək xeyirli olmadığı kimi Tərifə uymaq da yaxşı deyil.
28 Nəfsini saxlaya bilməyən Dağılmış, hasarsız şəhərə bənzəyir.
Süleymanin Məsəlləri 25 in Azərbaycan dilində Müqəddəs Kitab