Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 22:3-15 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 22:3-15 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
4 İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır.
5 Əyri yol tikanlıdır, orada tələlər var, Canını qoruyan bundan uzaqlaşar.
6 Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.
7 Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar.
8 Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər.
9 Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar.
10 Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar.
11 Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.
12 Rəbbin gözləri biliyi qoruyar, Xainin sözlərini isə boşa çıxarar.
13 Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar».
14 Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar.
15 Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
Süleymanin Məsəlləri 22 in Azərbaycan dilində Müqəddəs Kitab