Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 22:15-26 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 22:15-26 in Azərbaycan dilində Müqəddəs Kitab

15 Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
16 Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.
17 Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.
18 Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar.
19 Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm.
20 Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?
21 Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən.
22 Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.
23 Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.
24 Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.
25 Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan.
26 Başqalarının borclarına zamin durmaqdan, Belə işə əl atmaqdan çəkin.
Süleymanin Məsəlləri 22 in Azərbaycan dilində Müqəddəs Kitab