Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 20:2-18 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 20:2-18 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər.
3 Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.
4 Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz.
5 Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar.
6 İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar?
7 Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar.
8 Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar.
9 Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?
10 Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar.
11 Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.
12 Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir.
13 Sevmə yatmağı, yoxsullaşarsan, Ayıq ol, onda bol çörəyə çatarsan.
14 Müştəri deyər: «Pisdir, pis maldır», Amma alıb gedəndə özünü öyər.
15 Qızıl və çox yaqut var, Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.
16 Özgəyə zamin duranın libasını al, Onu qəriblər üçün girov saxla.
17 Kələklə əldə edilən çörək əvvəlcə şirin olar, Axırda ağzı çınqılla doldurar.
18 Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar.
Süleymanin Məsəlləri 20 in Azərbaycan dilində Müqəddəs Kitab