Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 20:2-12 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 20:2-12 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər.
3 Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.
4 Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz.
5 Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar.
6 İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar?
7 Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar.
8 Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar.
9 Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?
10 Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar.
11 Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.
12 Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir.
Süleymanin Məsəlləri 20 in Azərbaycan dilində Müqəddəs Kitab