Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 20:10-25 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 20:10-25 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar.
11 Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.
12 Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir.
13 Sevmə yatmağı, yoxsullaşarsan, Ayıq ol, onda bol çörəyə çatarsan.
14 Müştəri deyər: «Pisdir, pis maldır», Amma alıb gedəndə özünü öyər.
15 Qızıl və çox yaqut var, Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.
16 Özgəyə zamin duranın libasını al, Onu qəriblər üçün girov saxla.
17 Kələklə əldə edilən çörək əvvəlcə şirin olar, Axırda ağzı çınqılla doldurar.
18 Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar.
19 Sözgəzdirən sirləri açıb yayar, Gərək boşboğaza qoşulmayasan.
20 Kim ki atasına, anasına qarğış edər, Zülmətə düşərkən çırağı sönər.
21 Tələsik alınan mülk Axırda xeyir gətirməz.
22 Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin.
23 Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz.
24 Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın?
25 Düşünmədən nəzir edən özünü tələyə salar, Sonra öz əhdi barədə çox fikirləşməli olar.
Süleymanin Məsəlləri 20 in Azərbaycan dilində Müqəddəs Kitab