Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 1:8-24 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 1:8-24 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
9 Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.
10 Oğlum, qoyma səni günahkarlar azdırsın.
11 Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək,
12 Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər.
13 Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq.
14 Bizə qoşul, Qoy kisəmiz bir olsun»,
15 Oğlum, onlara qoşulma, Yollarına ayaq basma.
16 Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər.
17 Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır.
18 Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür.
19 Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar.
20 Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır.
21 O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir:
22 «Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?
23 Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim.
24 Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz.
Süleymanin Məsəlləri 1 in Azərbaycan dilində Müqəddəs Kitab