Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 1:5-11 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 1:5-11 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın.
6 Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
7 Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
8 Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
9 Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.
10 Oğlum, qoyma səni günahkarlar azdırsın.
11 Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək,
Süleymanin Məsəlləri 1 in Azərbaycan dilində Müqəddəs Kitab