Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 1:24-33 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 1:24-33 in Azərbaycan dilində Müqəddəs Kitab

24 Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz.
25 Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz.
26 Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm, Dəhşət sizi bürüyəndə,
27 Tufan kimi dəhşət sizə hücum çəkəndə, Sizə qasırğa kimi bəla gələndə, Dara, əziyyətə düşəndə istehza edəcəyəm.
28 O vaxt məni çağıranlara cavab verməyəcəyəm, Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.
29 Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər,
30 Nəsihətimi istəmədilər, Hər məzəmmətimi rədd etdilər.
31 Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, Öz nəsihətləri ilə doyacaqlar.
32 Cahili özbaşınalığı öldürəcək, Axmağı laqeydliyi məhv edəcək.
33 Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».
Süleymanin Məsəlləri 1 in Azərbaycan dilində Müqəddəs Kitab