Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 1:18-25 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 1:18-25 in Azərbaycan dilində Müqəddəs Kitab

18 Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür.
19 Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar.
20 Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır.
21 O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir:
22 «Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?
23 Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim.
24 Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz.
25 Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz.
Süleymanin Məsəlləri 1 in Azərbaycan dilində Müqəddəs Kitab