Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 1:10-17 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 1:10-17 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Oğlum, qoyma səni günahkarlar azdırsın.
11 Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək,
12 Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər.
13 Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq.
14 Bizə qoşul, Qoy kisəmiz bir olsun»,
15 Oğlum, onlara qoşulma, Yollarına ayaq basma.
16 Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər.
17 Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır.
Süleymanin Məsəlləri 1 in Azərbaycan dilində Müqəddəs Kitab