Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 1:1-8 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 1:1-8 in Azərbaycan dilində Müqəddəs Kitab

1 İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
2 Hikmət və tərbiyəyə malik olmaq, Müdrik sözləri dərk etmək üçün,
3 Salehlik, ədalət, insaf barədə İdrak tərbiyəsi almaq üçün,
4 Cahillərə uzaqgörənlik, Gənc oğlana bilik və dərrakə vermək üçün;
5 Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın.
6 Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
7 Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
8 Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
Süleymanin Məsəlləri 1 in Azərbaycan dilində Müqəddəs Kitab