Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 19:6-14 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 19:6-14 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.
7 Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
8 Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar.
9 Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.
10 Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz.
11 İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
12 Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.
13 Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar.
14 İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər.
Süleymanin Məsəlləri 19 in Azərbaycan dilində Müqəddəs Kitab