Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 19:14-27 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 19:14-27 in Azərbaycan dilində Müqəddəs Kitab

14 İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər.
15 Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar.
16 Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar.
17 Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr.
18 Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma.
19 Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər.
20 Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan.
21 İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.
22 İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır.
23 Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar.
24 Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz.
25 Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar.
26 Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar.
27 Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç!
Süleymanin Məsəlləri 19 in Azərbaycan dilində Müqəddəs Kitab