Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 18:7-18 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 18:7-18 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar.
8 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
9 Ləng işləyən dağıdıcıya yoldaşdır.
10 Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
11 Varlı üçün sərvəti ona qala şəhəridir, Öz gümanında özü üçün pənah hasarı tikir.
12 Ürəyin təkəbbürü əcəldən əvvəl gələr, İtaətkarlıq şərəfdən əvvəl gələr.
13 Eşitməzdən qabaq cavab vermək Səfehlik və rüsvayçılıqdır.
14 Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər?
15 Dərrakəli ürək bilik qazanar, Hikmətlinin qulağı bilik axtarar.
16 İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar.
17 İddiasını əvvəl deyən haqlı görünər, Amma əleyhdarı gəlib onu istintaq edər.
18 Püşk atmaq davaları yatırar, Savaşanları bir-birindən ayırar.
Süleymanin Məsəlləri 18 in Azərbaycan dilində Müqəddəs Kitab