Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 18:1-9 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 18:1-9 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Tənhalığı sevən niyyətinin ardınca düşür, Sağlam şüura zidd gedir.
2 Axmaq dərrakəni deyil, Fikrini ortaya tökməyi sevir.
3 Şər insanla hörmətsizlik, Şərəfsizliklə rüsvayçılıq gələr.
4 Dilin sözlərindən dərin sular yaranar, Hikmət qaynağından çay axar.
5 Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil.
6 Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər.
7 Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar.
8 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
9 Ləng işləyən dağıdıcıya yoldaşdır.
Süleymanin Məsəlləri 18 in Azərbaycan dilində Müqəddəs Kitab