Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 18:1-11 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 18:1-11 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Tənhalığı sevən niyyətinin ardınca düşür, Sağlam şüura zidd gedir.
2 Axmaq dərrakəni deyil, Fikrini ortaya tökməyi sevir.
3 Şər insanla hörmətsizlik, Şərəfsizliklə rüsvayçılıq gələr.
4 Dilin sözlərindən dərin sular yaranar, Hikmət qaynağından çay axar.
5 Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil.
6 Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər.
7 Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar.
8 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
9 Ləng işləyən dağıdıcıya yoldaşdır.
10 Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
11 Varlı üçün sərvəti ona qala şəhəridir, Öz gümanında özü üçün pənah hasarı tikir.
Süleymanin Məsəlləri 18 in Azərbaycan dilində Müqəddəs Kitab