Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 13:8-22 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 13:8-22 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
9 Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
10 Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
11 Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.
12 Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır.
13 Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər.
14 Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
15 Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.
16 Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir.
17 Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
18 Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
19 Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
20 Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.
21 Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.
22 Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar.
Süleymanin Məsəlləri 13 in Azərbaycan dilində Müqəddəs Kitab