Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 13:5-11 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 13:5-11 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.
6 Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar.
7 Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.
8 Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
9 Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
10 Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
11 Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.
Süleymanin Məsəlləri 13 in Azərbaycan dilində Müqəddəs Kitab