2 İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər, Xain zorakılıq istər.
3 Dilini saxlayan canını qoruyar, Boşboğaz başını bəlaya salar.
4 Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
5 Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.
6 Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar.
7 Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.
8 Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
9 Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
10 Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
11 Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.
12 Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır.
13 Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər.
14 Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.