Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 12:1-14 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 12:1-14 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Tərbiyəni sevən biliyi sevər, Məzəmmətə nifrət edən şüursuzdur.
2 Rəbb yaxşı adamdan razı qalar, Pisniyyət adamı isə məhkum edər.
3 İnsan şərlə möhkəm olmaz, Salehinsə kökü sarsılmaz.
4 Xeyirxah arvad ərinin tacıdır, Adbatıran qadın çürümüş sümüyə oxşar.
5 Salehlərin məqsədi ədalətdir, Şər insanların məsləhəti hiyləgərlikdir.
6 Şər adamların sözləri ölüm üçün pusqu qurar, Əməlisalehlər dili ilə xilas olar.
7 Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz.
8 İnsan ağıllı sözlərinə görə təriflənər, Qəlbində hiylə olanlara xor baxılar.
9 Şöhrətsiz, lakin qul sahibi olan insan Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.
10 Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, Şər insanın mərhəmətində də zalımlıq var.
11 Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər.
12 Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər.
13 Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar.
14 İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar.
Süleymanin Məsəlləri 12 in Azərbaycan dilində Müqəddəs Kitab