Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 12:1-12 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 12:1-12 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Tərbiyəni sevən biliyi sevər, Məzəmmətə nifrət edən şüursuzdur.
2 Rəbb yaxşı adamdan razı qalar, Pisniyyət adamı isə məhkum edər.
3 İnsan şərlə möhkəm olmaz, Salehinsə kökü sarsılmaz.
4 Xeyirxah arvad ərinin tacıdır, Adbatıran qadın çürümüş sümüyə oxşar.
5 Salehlərin məqsədi ədalətdir, Şər insanların məsləhəti hiyləgərlikdir.
6 Şər adamların sözləri ölüm üçün pusqu qurar, Əməlisalehlər dili ilə xilas olar.
7 Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz.
8 İnsan ağıllı sözlərinə görə təriflənər, Qəlbində hiylə olanlara xor baxılar.
9 Şöhrətsiz, lakin qul sahibi olan insan Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.
10 Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, Şər insanın mərhəmətində də zalımlıq var.
11 Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər.
12 Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər.
Süleymanin Məsəlləri 12 in Azərbaycan dilində Müqəddəs Kitab