Text copied!
Bibles in South Azerbaijani

Romalilara 3:1-19 in South Azerbaijani

Help us?

Romalilara 3:1-19 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir?
2 Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
3 Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər?
4 Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, Mühakimə etdiyin zaman qalib gələcəksən».
5 Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı?
6 Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər?
7 «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər.
8 Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.
9 Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır.
10 Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur.
11 Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur.
12 Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur».
13 «Boğazları açıq qəbirdir, Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var».
14 «Ağızları lənət və acı sözlərlə doludur».
15 «Ayaqları qan tökməyə tələsir,
16 Yollarında viranəlik və fəlakət var,
17 Əmin-amanlıq yolu nədir, bilmirlər».
18 «Onların gözündə Allah qorxusu yoxdur».
19 Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.
Romalilara 3 in Azərbaycan dilində Müqəddəs Kitab