Text copied!
Bibles in South Azerbaijani

Romalilara 11:7-12 in South Azerbaijani

Help us?

Romalilara 11:7-12 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu.
8 Necə ki yazılıb: «Allah onları dərin yuxuya saldı, Onlara bu günədək görməyən gözlər, Eşitməyən qulaqlar verdi».
9 Davud da belə deyir: «Süfrələri onlara tələ, tor, Büdrəmə daşı və cəza olsun.
10 Gözlərinə qara gəlsin, görməsinlər, Belləri həmişə bükülü qalsın!»
11 Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın.
12 Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
Romalilara 11 in Azərbaycan dilində Müqəddəs Kitab