Text copied!
Bibles in South Azerbaijani

Nəğmələr Nəğməsi 8:8-14 in South Azerbaijani

Help us?

Nəğmələr Nəğməsi 8:8-14 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Bir kiçik bacımız var, Hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün Onun üçün nə edək?
9 Əgər o, bir hasar olsaydı, Biz üstünə gümüşdən bürc vurardıq. Əgər o, bir qapı olsaydı, Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq.
10 Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar.
11 Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi, O bu bağı kirayəyə verirdi. Məhsula görə hər kirayə alan Ona min parça gümüş gətirməli idi.
12 Mənim də bağım var, onun sahibiyəm, Ey Süleyman, min parça gümüş sənin olsun, İki yüz gümüş kirayə alanlara qalsın.
13 Sən, ey bağçalarda məskən salan gözəl, Dostlar səni dinləyir, Mənə də səsini eşitdir.
14 Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol.
Nəğmələr Nəğməsi 8 in Azərbaycan dilində Müqəddəs Kitab