Text copied!
Bibles in South Azerbaijani

Nəğmələr Nəğməsi 7:6-13 in South Azerbaijani

Help us?

Nəğmələr Nəğməsi 7:6-13 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Nə qəşəngsən, nə şirinsən, Ey məlahətli sevgilim.
7 Qamətin xurma ağacına, Döşlərin salxımlara bənzəyir.
8 Dedim: «Qoy xurma ağacına çıxım, Meyvəli budaqlarından yapışım». Döşlərindən üzüm salxımları kimi dadım, Nəfəsindən alma ətrini duyum.
9 Dodaqların gözəl şərab dadı verir. Qız: Bu şərab birbaşa sevgilim üçün tökülsün, Biz yatanların dodaqlarına süzülsün.
10 Mən sevgiliminkiyəm, Onun meyl etdiyi mənəm.
11 Sevgilim, gəl çölə gedək, Kəndlərdə gecələyək.
12 Səhər tezdən üzüm bağlarına gedək, Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi? Narlar çiçəklənibmi? Bunu seyr edək. Qoy orada sevgimi sənə verim.
13 Ey sevgilim, məhəbbət otları ətir saçır, Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var, Sənin üçün saxlanılıb.
Nəğmələr Nəğməsi 7 in Azərbaycan dilində Müqəddəs Kitab