Text copied!
Bibles in South Azerbaijani

Nəğmələr Nəğməsi 1:8-15 in South Azerbaijani

Help us?

Nəğmələr Nəğməsi 1:8-15 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar.
9 Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən.
10 Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.
11 Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik.
12 Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.
13 Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.
14 Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.
15 Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən!
Nəğmələr Nəğməsi 1 in Azərbaycan dilində Müqəddəs Kitab